SİYASƏT


Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üzrə imtahanlar keçirilir

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üzrə imtahanlar başlayıb.
Kursa müraciət etmiş namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı müharibə iştirakçılarına üstünlük veriləcək.
İmtahanlara Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələri və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər buraxılıb.