Vətən müharibəsi şəhidi Pərvin Məmmədovun doğum günüdür
04.08.2021 [11:42]
Xəbərin mətni
Avqustun 4-ü Vətən müharibəsi şəhidi Pərvin Məmmədovun doğum günüdür.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2001-ci ildə Xaçmaz rayonunun Şıxlar kəndində anadan olan Pərvin Məmmədov uşaq yaşlarından idmana maraq göstərib. 2019-cu ildə hərbi xidmətə yollanan Pərvinin ən böyük arzusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmək olub.