CƏMİYYƏT


Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən və polis əməkdaşlarının guya bu şəxsin əməlinə göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən böhtan xarakterli məlumatlar yayılıb. Həmin görütülər tərəfimizdən araşdırılıb. Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.