CƏMİYYƏT


“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production”ın  birgə təşkilatçılığı ilə “Dreamland Golf Club” ərazisində Vətən müharibəsində canlarından keçmiş şəhidlərin övladları üçün  “Mənim atam qəhrəmandır!” adlı layihənin  növbəti tədbiri keçirilib.
Müdafiə Nazirliyinin zabitləri, Gənclər və İdman Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri , övladları və digər qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, silsilə tədbirlərdən ibarət olan “Mənim atam qəhrəmandır!” layihəsinin məqsədi cəmiyyətdə müzəffər ordumuzun nüfuzunu daha da yüksəltmək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək və gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində birgə səylərin artırılmasıdır.