CƏMİYYƏT


Türkiyənin üz-üzə qaldığı fəlakət və Azərbaycan qəhrəmanlarının şücaəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin qardaş ölkədəki fəaliyyəti davam edir.
Ölkənin ən böhranlı bölgələrindən sayılan Muğla vilayətində alovla əzmlə mübarizə aparan Azərbaycanın qəhrəman övladları mətanət və şücaətləri ilə tarix yazır, hər bir nümunəvi davranışları ilə qardaş türk xalqında olan Azərbaycan sevgisini zirvələrə qaldırırlar.