FHN nümayəndəsi: Dərhal yanğın baş verən ərazilərə gedib tapşırıqları icra edəcəyik
07.08.2021 [10:20]
Xəbərin mətni
Türkiyədə baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilmiş tapşırığa əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) dördüncü yanğın-xilasetmə qrupu qardaş ölkəyə gəlib.
AZƏRTAC-ın bölgəyə ezam olunan xüsusi müxbiri xəbər verir ki, bu barədə FHN xüsusi riskli idarəetmə xidmətinin alay komandiri, polkovnik-leytenant Məmməd Xəlilli açıqlamasında deyib.