CƏMİYYƏT


Şəhid Alik Musayevin ad günündə “Şəhidlər bulağı” istifadəyə verilib

İmişlidə şəhidlərimizin xatirəsinə ucaldılan abidənin açılışı olub. Əlamətdar gün şəhid Alik Musayevin doğum gününə təsadüf edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şəhidlər bulağı” abidə kompleksi İmişli rayonu Sarxanlı kəndində inşa olunub. Abidə kompleksi Vətən müharibəsində canını fəda edən kəndin qəhrəman oğulları Musayev Alik Rafiq oğlu, Şahmarlı Vüsal Mərdan oğlu və Əsədli Cahid Zahid oğlunun xatirəsinə tikilib.