CƏMİYYƏT


Bakıda fərdi yaşayış evindəki yanğın söndürülüb

Avqustun 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda, Sübhi Salayev küçəsində fərdi evdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal yanğının baş verdiyi ünvana cəlb ediliblər.
Görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov söndürülüb.