Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib

08.08.2021 [12:49]

Xəbərin mətni

Avqustun 8-də Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə ənənəyə uyğun olaraq əvvəlcə döyüş bayrağı meydana gətirilərək, Azərbaycanın Dövlət Himni səsləndirilib. Vətən müharibəsi zamanı hərbi hissədən şəhid olmuş hərbi qulluqçuların adları oxunub.