CƏMİYYƏT


Qalib ordu sıralarına daxil olan gənc əsgərlər hərbi and içiblər

Qalib ordu sıralarına qoşulan gənc əsgərlər hərbi and içiblər. Beyləqanda yerləşən N -Saylı Hərbi hissələrdə and içmə mərasimi düzənlənib. Əsgərlər onlara əmanət olunan vətən torpağını göz bəbəyi kimi qoruyacağına və dövlətə sadiq olacağına söz veriblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ölkəmizin bir çox rayon və şəhərlərində yerləşən hərbi hissələrdə olduğu kimi bugün Beyləqanda olan hərbi hissələrdə də and içmə mərasimi keçirilib. Mərasimdə hərbi birlik nümayəndələri Birinci və İkinci Qarabağ müharibəsi veteranları iştirak edib. Öncə and içmə mərasimində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.