Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

09.08.2021 [10:46]

Xəbərin mətni

Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınsöndürmə əməliyyatlarında FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri və Aviasiya dəstəsinin helikopteri fəaliyyət göstərib.
Ümumilikdə 300 hektar ərazini əhatə edən yanğın nəticəsində quru ot, kol-kos və biçilmiş taxıl sahəsi yanıb.