Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

09.08.2021 [13:21]

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha 1 nəfər tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Yaşar İsmayılov saxlanılıb.