CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Rəhim İmamovun doğum günüdür

Avqustun 9-u şəhid Rəhim İmamovun doğum günüdür. Öz qanı ilə tarix yazan qəhrəman iki övladını Vətənə əmanət qoyaraq şəhidlik zirvəsinə ucalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəhim Rauf oğlu İmamov 1990-cı ildə Xaçmaz rayonunun Xaspoladoba kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan Rəhim Daxili Qoşunlarda rabitəçi kimi xidmət edib. Atası Rauf İmamov Birinci Qarabağ müharibəsi veteranıdır. Rəhimin ən böyük arzusu Qarabağın azad olduğunu görmək idi.