CƏMİYYƏT


Kəlbəcər yaylaqlarında sonuncu bal süzümünə başlanılıb - hər pətəkdən 50 kiloqram bal

Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında sonuncu bal süzümünə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına iyunun 7-də köçürülmüş arıçılıq təsərrüfatları artıq ikinci bal süzümünü həyata keçirirlər.AZƏRTAC xəbər verir ki, arıçılar yaylaq dövrünün çox məhsuldar keçdiyini deyirlər. Onlar hər pətəkdən orta hesabla 30 kiloqram məhsul götürməyi hədəfləsələr də, məhsuldarlıq gözləntilərin üzərində olub.