CƏMİYYƏT


Saatlıda şəhid olan 3 ayrılmaz dostun xatirəsinə inşa edilən abidə kompleksi açılıb

Saatlı rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə kompleksi inşa edilib. Kəndin 3 şəhidinin rəsmi abidədə öz əksini tapıb. Kompleksin ərazisində, həmçinin bulaq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə kompleksi Saatlının Soltanabad kəndində inşa edilib. Şəhidlər abidəsində Soltanabad kəndindən olan Ağayev Ceyhun Cəmil oğlu, Şahbazov Aqif Hasil oğlu və Mircəlal kəndindən Məmişov Qədir Zülfəli oğlunun xatirələri əbədiləşdirilib.

Tədbirdə çıxış edən şəhid anaları şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Həmçinin qeyd edilib ki, bu gün şəhid Ceyhun Ağayevin doğum günüdür. Abidədə xatirəsi əbədiləşən hər üç şəhidin həyatda da bir-biri ilə ayrılmaz dost olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, onlar öz vətənpərvərliyi hər zaman seçiliblər. Arzu-istəkləri bir olan dostların amalı da eyni idi. Onlar Vətən yolunda şəhadətə yüksələrək gələcək nəsillər üçün örnək oldular.