CƏMİYYƏT


Beyləqanda şəhid ailələri, qazi və döyüş iştirakçılarına medal və ordenlər təqdim olunub

Beyləqanda şəhid ailələri, qazilər və döyüş iştirakçıları ilə görüş keçirilib. Müharibə qəhrəmanlarına Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunan orden və medallar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin əməkdaşları qazilərlə evlərində görüşüblər.