CƏMİYYƏT


Paytaxtda pandemiya əleyhinə dezinfeksiya işləri davam edir

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlər genişləndirilib.
BŞİH-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında şəhər icra hakimiyyətinin strukturları tərəfindən yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.