CƏMİYYƏT


Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərin birinci gününə yekun vurulub

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə avqustun 9-da Ankarada start götürən “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərin birinci gününə artıq yekun vurulub.