CƏMİYYƏT


Vətənin çağırışına ilk səs verənlərdən biri də Cavad idi

Vətən müharibəsində könüllü olaraq silaha sarılıb böyük qəhrəmanlıq göstərərək şəhadətə ucalan igid həmvətənlərimizdən biri də Cavad Gülverdi oğlu Babayevdir. O, Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub.AZƏRTAC xəbər verir ki, Cavad Gülverdi oğlu Babayev 1998-ci il yanvarın 8-də Masallının Qızılağac kəndində anadan olub. Qızılağac kənd 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra Gədəbəy rayonunda hərbi hissədə həqiqi hərbi xidmət keçib. Ötən ilin sentyabrında ölkəmizdə qismən səfərbərlik elan olunanda Vətənin çağırışına ilk səs verənlərdən biri də Cavad oldu.