CƏMİYYƏT


Yevlaxda pandemiya əleyhinə dezinfeksiya işləri gücləndirilib

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən epidemiya əleyhinə tədbirlər geniş vüsət alıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərində xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.