CƏMİYYƏT


Gəncədə koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparılıb

Son günlər COVID-19 virusuna yoluxma hallarında artım qeydə alınır. İnfeksiyasının geniş yayılmasının qarşısının alınması üçün digər bölgələrimizdə olduğu kimi, Gəncədə də genişmiqyaslı dezinfeksiya işləri aparılır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aparılan son dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarını əhatə edib. Sözügedən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.