CƏMİYYƏT


Narkotik vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar qətiyyətlə davam etdirilir.
DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində Bərdə rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, həmçinin Bakı şəhərində digər qanunazidd əməllər törədən 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov, Rəşad Salahov və Tapdıq Mehdiyev tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda heroin və 1 ədəd “Vincester” markalı ov silahı aşkar edilib. Həmçinin Asəf Səmədzadənin üzərindən və idarə etdiyi avtomobildən də əlavə olaraq ümümilikdə 70 qrama yaxın heroin və metamfetamin aşkar edilib.