CƏMİYYƏT


Xaçmazda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində rayonun Gülalan kənd sakini Şahin Yarıyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin pay torpaq sahəsinə baxış keçirilən zaman əkib-yetişdirdiyi 51 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.