CƏMİYYƏT


Şuşanın fəthi zamanı şəhidlik zirvəsinə yüksələn Elzamin Tağıyevin ad günü qeyd olunub

Vətən müharibəsində düşmənə qarşı son damla qanına qədər vuruşaraq şəhid olan Elzamin Tağıyevin ad günü - 29-cu yaşı məzarı yanında qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elzamin Tağıyev 1992-ci il avqustun 11-də dünyaya göz açıb. Şəhidin doğum günündə onun məzarı ziyarət edilərək üzərinə gül dəstələri və çələnglər düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub. Çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədən söhbət açıblar. Bildirilib ki, Elzamin və digər qəhrəmanlarımız öz canları bahasına torpaqlarımızı yağı düşməndən azad ediblər.