Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə dağlıq ərazidə yanğını söndürmək üçün helikopter cəlb olunub

11.08.2021 [15:40]

Xəbərin mətni

FHN-dən verilən məlumata görə, avqustun 11-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğının qarşısının alınmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.