Bakıda karantin qaydalarını pozan şadlıq evi və kafe sahibləri həbs edilib
11.08.2021 [17:14]
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb. Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsi yerləşən ‘’Club-85’’ adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyi aşkar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib.
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub. Qaradağ Rayon Polis İdarəsinin əməkaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt qəsəbəsində yerləşən ‘’Nərmin’’ şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkar olunub.