Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fermer: Qarğıdalı əkini təkcə yemçiliyin yox, həm də heyvandarlığın inkişafı deməkdir

11.08.2021 [18:22]

Xəbərin mətni

Ötən il Salyan rayonunda 876 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Bu sahələrdən 500 hektarı dənlik, 376 hektarı isə silosluq qarğıdalı götürülüb. Fermerlər bol məhsul götürdükləri üçün bu il əkin sahələrini daha da artırıblar.
AZƏRTAC xəbər verir ki, Salyanda qarğıdalı bitkisi rayonun əsasən Kürqaraqaşlı kəndində aparılır. Kənd sakini fermer Salman Salmanov uzun illərdir bu əkinlə məşğuldur. Bir neçə baş heyvan saxlayan fermer silosluq qarğıdalı əkini ilə həm şəxsi, həm də başqa təsərrüfat sahiblərinə yem bazasının yaradılmasında kömək göstərir.