Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə rəsmiləri qardaş dəstəyinə görə Azərbaycana təşəkkür ediblər

11.08.2021 [19:16]

Xəbərin mətni

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarə, helikopter, xüsusi texnika və avadanlıqlarının, eləcə də peşəkar və təcrübəli canlı qüvvəsinin iştirakı ilə Türkiyədə meşə yanğınlarına qarşı aparılan çoxistiqamətli mübarizə uğurlu nəticələr verməkdədir. Rəsmi mənbələrə görə, yanğınların demək olar nəzarət altına alınıb, əsas risklər qaradan qaldırılıb.
AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, avqustun 10-da Muğla Yanğın Böhran Mərkəzində keçirilən müşavirədən sonra çıxış edən Türkiyə rəsmiləri ölkə ərazisində meşə yanğınları ilə bağlı son vəziyyət barədə danışıb, bu çətin günlərdə Azərbaycanın sərgilədiyi qardaşlıq münasibətinə, göstərilən böyük dəstəyə görə dövlətimizə və xalqımıza sonsuz təşəkkürlərini bildirib, qəhrəman yanğınsöndürənlərimizin şücaətindən bəhs ediblər.