Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə dezinfeksiya işlərinə diqqət artırılıb

12.08.2021 [11:19]

Xəbərin mətni

İmişlidə koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir. Növbəti dəfə texnikalar vasitəsilə küçə və prospektlər məhlulla yuyulub, yaşayış və inzibati binalar dərmanlanıb.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi Rəhim Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, budəfəki dezinfeksiya zamanı şəhərin əsas küçələrində dərmanlama işləri yerinə yetirilib. Xüsusi məhlul vasitəsilə yollar yuyulub. Park və meydanlarda da dərmanlama işləri görülüb.