Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bol məhsul yetişib, yığım başlayıb - Şabranın üzüm bağlarından reportaj

12.08.2021 [11:45]

Xəbərin mətni

Şabranın üzüm bağlarında bol məhsul yetişib. Təsərrüfatçılar avqust ayının 5-dən üzüm bağlarından məhsulun toplanmasına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gəndob, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektara yaxın üzüm bağı var.