CƏMİYYƏT


İmişlidə 100 və 200 manatlıq saxta əskinaslar dövriyyədən çıxarılıb

İmişlidə saxta əskinaslardan istifadə edərək mal-qara alan şəxs saxlanılıb. Onun üzərindən 100 və 200 manatlıq əskinaslar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, avqustun 10-da bir nəfər İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, avqustun 3-də Otuziki kəndi ərazisində yerləşən bazarda naməlum şəxsin ona 200 manat saxta pul verdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Hümbət Əsgərov saxlanılıb.