CƏMİYYƏT
Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb
12.08.2021 [17:48]
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub. Əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Rövşən Seyidov, Zaur Səlimov və Mehdi Hüseynov saxlanılıblar. Onların üzərindən satış üçün qablaşdırılan hazır bükümlər şəklində olan psixotrop maddə metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrin qəbulu ilə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqları da aşkar edilib.