CƏMİYYƏT
Bakıda vaksinasiya ilə bağlı birgə monitorinqlər keçirilir
12.08.2021 [19:07]
Xəbərin mətni
Son günlər ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə edilir. Paytaxt Bakı şəhərində vətəndaşların koronavirusdan qorunması və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əhali arasında virus əleyhinə vaksinasiya tədbirlərinin səviyyəsinin monitorinqi və vəziyyətin yerində öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi ilə birgə yaşayış məhəllələrində, komplekslərində və həyətlərdə reydlərə başlanılıb.