SİYASƏT


“Qələbə marşı" ilə başa çatan tədbirdə şəhid zabitin xatirəsi anılıb

Azərbaycan Ordusunun igid döyüşçülərindən biri olan kapitan Əkbər Pənahov "Dəmir Yumruq" əməliyyatı ilə başlanan və Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsinin ilk günündə böyük qələbəyə inam, düşmənə nifrət hissi ilə döyüş meydanına atılmış və Murovdağın strateji yüksəkliklərinin azad olunması uğrunda hərbi əməliyyatlarda fəal iştirak edib.