Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada keçirilən təlimlərdə jurnalistlər əlbəyaxa döyüş mövzusunda məlumatlandırılıblar

13.08.2021 [10:34]

Xəbərin mətni

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlər davam edir.
AZƏRTAC xəbər verir ki, təlimlərin dördüncü günündə - avqustun 12-də iştirakçılara müharibədə düşmənlə əlbəyaxa mübarizə üzrə əyani və praktiki tədris olunub.