CƏMİYYƏT
Sabirabadda COVID-19-un yayılmasının qarşısının alınması üçün dezinfeksiya işləri diqqətdə saxlanılır
13.08.2021 [11:27]
Xəbərin mətni
Sabirabadda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri gücləndirilib. Hazırda şəhərin küçə və prospektləri xüsusi çiləyici aqreqatlar vasitəsilə yuyulur, yaşayış və inzibati binaların girişləri dərmanlanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin gediş-gəliş daha intensiv olan küçələrində dərmanlama işləri aparılıb. Həmçinin park və meydanlarda da dezinfeksiya işləri görülüb.