Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xüsusi əhəmiyyətə və maraqlı tarixə malik olan Samur Baş Hidroqovşağından REPORTAJ

13.08.2021 [11:58]

Xəbərin mətni

Hazırda ölkəmizdə suburaxma qabiliyyəti 50 m³/s-dən çox olan 17 hidroqovşaq mövcuddur. Bu qurğulardan biri, xüsusi əhəmiyyətə və eyni zamanda, maraqlı tarixə malik olan Azərbaycan-Rusiya sərhədində, Qusar rayonu ərazisində yerləşən Samur Baş Hidroqovşağıdır.
AZƏRTAC xəbər verir ki, ilk baxışdan adi görünən bu qurğu Bakı və Abşeron yarımadasını 75 faiz içməli su ilə təmin edir. Şimal bölgəsindəki 6 rayonun suvarma suyu ilə 100 faiz təmin edilməsi də məhz Samur Baş Hidroqovşağının hesabına həyata keçirilir.