CƏMİYYƏT


Nizami və Xətai rayonlarında dezinfeksiya işləri aparılıb

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artımla əlaqədar paytaxt Bakı şəhərində sakinlərin bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində avqustun 13-də Bakı şəhərinin Nizami və Xətai rayonlarında genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarının giriş-çıxış bloklarında, lift kabinalarında, həyətlərdə və yaşayış məhəllələrində, oradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici işlər görülür.