CƏMİYYƏT
Binəqədidə onlayn heroin və metamfetamin satanlar saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin onlayn yolla qanunsuz dövriyyəsi ilə məşğul olan Pərviz Babazadə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 23 qram heroin, 120 qram metamfetamin, ümumilikdə 67 ədəd psixotrop tərkibli tramadol, preqabalin, metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. Pərviz Babazadə ifadəsində qeyd edib ki, sosial şəbəkələrdə birbaşa əlaqə yaradaraq tanış olduğu xarici ölkələrdən birinin vətəndaşı ona qaçaqmlçılıq yolu satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə göndərib. O, həmin narkotik vasitələri Binəqədi rayonunda əvvəlcədən razılaşdırılan yerdən satmaq məqsədi ilə götürüb. Saxlanılan şəxs təxminən iki aydır ki, Bakı şəhərində onlayn yolla narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.