CƏMİYYƏT
Şirvanda narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb
13.08.2021 [17:40]
Xəbərin mətni
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb.