Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən uğrunda şəhid olmaq arzusu ilə yaşayıb şəhadətə yüksələn Nohəl Əliyevin ad günü qeyd edilib

13.08.2021 [18:50]

Xəbərin mətni

Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də Əliyev Nohəl Əlqəmə oğludur. İndi Nohəlin ad günü onun qəhrəmanlıq dolu xatirələri ilə yanaşı qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nohəl Əliyevin izdihamla qeyd edilən ad günündə şəhidin ailəsi ilə birlikdə Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Vətən müharibəsi qaziləri iştirak ediblər.