CƏMİYYƏT


FHN qüvvələrinin fəaliyyət göstərdiyi Türkiyənin Muğla vilayətindəki meşə yanğınları tam söndürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə istiqamətində keçirilən əməliyyatlarda uğurlu fəaliyyətlərini davam etdirirlər.
FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 13 avqust 2021-ci il tarixində Muğlada jurnalistlər üçün mətbuat konfransı keçirib.
Konfransda, nazir müavini ölkə başçısının qardaş Türkiyə Respublikasına göndərilən Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri qarşısında qoyduğu tapşırığın yerinə yetirildiyini və rəsmi olaraq Muğla vilayətində meşə yanğınlarının tam söndürüldüyünü bəyan edib.