Marmaris bələdiyyəsinin sədri: Göstərilən böyük dəstəyə görə Azərbaycan dövlətinə və xalqına minnətdarıq
14.08.2021 [10:22]
Xəbərin mətni
İyulun 29-da gecə saatlarında başlayan yanğınlar təkcə meşələrimizə deyil, yaşayış məntəqələrinə də böyük zərər vurub. Əminəm ki, bütün bu çətinliklər arxada qalacaq, yanğının fəsadları tezliklə aradan qaldırılacaq.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən xüsusi müxbirinə müsahibəsində Muğla vilayətinin Marmaris rayon bələdiyyəsinin sədri Mehmet Oktay ifadə edib.