Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda pandemiya qaydalarına əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülüb

14.08.2021 [11:01]

Xəbərin mətni

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Xaçmaz rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı pandemiya qaydalarına əməl etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.