Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada koronavirus pandemiyasına qarşı növbəti ümumrayon dezinfeksiya tədbiri keçirilib

14.08.2021 [14:24]

Xəbərin mətni

Ağstafa rayonunda da növbəti kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib. Belə ki, küçə və prospektlər suçiləyici maşınlar vasitəsilə xüsusi məhlullarla dərmanlanıb. Həmçinin əhalinin daha intensiv hərəkət etdiyi ərazilər, avtovağzal, o cümlədən kiçik və iritutumlu avtobuslar, ictimai iaşə obyektlərinin qarşısı, xüsusilə bankomatların ətrafı dezinfeksiya edilib. Çoxmənzilli yaşayış binalarının həyətləri, park və istirahət guşələrində də sanitar-profilaktik tədbirlər görülüb.