CƏMİYYƏT
Səbail rayonunda fərdi evdə baş verən yanğın söndürülüb
14.08.2021 [17:43]
Məlumat verildiyi kimi, avqustun 14-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində ikimərtəbəli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.