Tovuzda koronavirusa qarşı genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib
15.08.2021 [15:58]
Xəbərin mətni
Xüsusi karantin rejiminin yumşaldılması COVID-19 pandemiyasının geniş yayılması riskini artırıb. Buna görə də Azərbaycanın bölgələrində dezinfeksiya işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunda da növbəti kütləvi dezinfeksiya işləri həyata keçirilib. Küçə və prospektlər iritutumlu susəpən avtomobillər vasitəsilə xüsusi məhlullarla dərmanlanıb. Həmçinin yeraltı keçidlər, əhalinin daha intensiv hərəkət etdiyi ərazilər, xüsusilə bankomatların ətrafı dezinfeksiya edilib.