CƏMİYYƏT


Təlimlərdə jurnalistlərə müharibədə avtomobilin düzgün idarə edilməsi qaydaları tədris olunub

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimləri davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 15-də - təlimlərin yeddinci günündə iştirakçılara müharibədə avtomobilin düzgün idarə edilməsi qaydaları tədris olunub.