CƏMİYYƏT


Çətənə bitkiləri becərən Siyəzən sakini saxlanılıb

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində rayonun Beşdam kənd sakini, əvvəllər məhkum olunmuş Ağayar Vəliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zamanı onun əkib-yetişdirdiyi çətənə bitkiləri aşkar olunaraq götürülüb.