Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şəhid Emin Məmmədovun ad günündə ona həsr edilən film nümayiş olunub

16.08.2021 [14:23]

Xəbərin mətni

Vətən müharibəsinin qəhrəmanı şəhid Emin Məmmədovun ad günündə xatirəsinə həsr edilən film nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Emin Məmmədovun xatirəsi Beyləqan rayon Mədəniyyət Sarayında keçirilən tədbirlə anılıb. Əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Vətən müharibəsində qəhrəman oğulların şücaətindən söhbət açıblar. Bildirilib ki, Azərbaycan xalqı Vətəninə, torpağına bağlı olan qəhrəmanlar yetişdirən xalqdır. Belə qəhrəmanlarımızdan biri də Emin Məmmədovdur.